Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecə görən linzalar

Bildiyimiz kimi, linzalar bir qayda olaraq, gündüz gəzdirilmək üçün nəzərdə tutuluи. Səhər qoyulur və yatmazdan əvvəl çıxarılır.
Son zamanlar istifadə olunan xüsusi linzalar da var ki, onları yatarkən çıxarmaq lazım gəlmir. Lakin uzunmüddətli istifadə sonradan müalicəyə ehtiyacı olanlara müxtəlif çətinliklər də yaradır. Bəzi linza istifadəçiləri qaranlıq mühiti bəhanə edərək linzalardan istifadə etməyə çəkinirlər.
Alimlərin kəşfi sayəsində ərsəyə gələn "gecə görən linzalar" artıq bütün istifadəçilərə xidmət göstərə bilər.
Məlumata görə Michigan Universitetinin tədqiqatçıları da belə bir linza hazırlayıblar. Qan təzyiqini ölçmək üçün istifadə edilən texnologiyanın linzalara tətbiq olunması ilə əldə edilən xüsusiyyətlər qaranlıqda gəzərkən gecə görmə durbini kimi istifadə ediləcək. Böyük ölçülərə sahib olan gecə görüş durbininin xüsusiyyətlərinin bir linzaya gətirilməsi texnologiyanın nə qədər irəlilədiyini bir daha sübut edir.
Həkimlər isə linzalarla yatmağı qətiyyən məsləhət görmürlər. Bağlanmış göz qapaqları linzanı əzir və bu da gözün qidalanmasını pozur.
Əgər linzalarınızın təlimatında onları yatarkən geymək mümkün olduğu yazılsa belə, bundan istifadə etmək düzgün deyil. Kontakt linzaları gündəlik dezinfeksiya etmək, təmizləmək və xüsusi məhlulda saxlamaq lazımdır. Yaddan çıxarmaq lazım deyil ki, hətta keyfiyyətli, bahalı linzalar belə uzunömürlü deyil. Bu səbəbdən onları yeniləmək olar. Linzalardan istifadə edənlərin şikayətləri olduqda ən azı 6 aydan bir göz həkiminə müraciət etməlidir.


Tarix: 16.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Oftalmologiya
loading...