Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter və göz sağlamlığımız

Müasir informasiya texnologiyaları və onun bir hissəsi hesab olunan hesablayıcı maşınlar, kompüterlər və s. bu istiqamətdə insanlara xidmət göstərən məhsullar günümüzdə faydalılıq və səmərəlilik nöqteyi nəzərdən nəyinki mütəxəssislərin, adi insanların da həyatlarının ayrılmaz bir hissəsinə çevrilib. Bu baxımdan müasir informasiya texnologiyaları günümüzdə öz aktuallığı ilə seçilməklə, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların daim diqqət mərkəzində olur. Müxtəlif xidmət sektorunda fəaliyyət göstərən bir çox insanlar kompüterlərlə sıx təmasda olurlar. Günümüzdə elektron ünvanlarla iş görənlər, bank hesaplarına nəzarət edənlər, yoldaşları ilə mütəmadi söhbət edənlər, çoxlu oyun oynayanlar, işlərini daha sürətli həll etmək üçün bol bol kompüterlə məşğul olanlar da var. Məhz kompüterlə istər mənalı, istərsə də əyləncə xarakterli işlərlə məşğul olmaq təəssüf ki, göz sağlamlığımız üçün ciddi bir təhlükə yaradır. Kompüter şüaları gözün nəmliyini qurudur, gözdə göynəmələr əmələ gətirir. Kompüter qarşısında uzun müddət oturmaq olmaz. Məşğul olduqdan sonra 15 dəqiqə ərzində hava almaq da məsləhətdir. Kompüter qarşısında oturanlar tez-tez apteklərdə satılan təbii göz yaşlarından istifadə etməlidirlər. Bu vasitə gözlərdə olan zəifliyi aradan qaldırmağa kömək edir. Ümumiyyətlə həkimlərin dediyinə görə, göz zəifliyi üç yerə bölünür: miyopiya, hipermetropiya və astikmatizm. Televizora və ya kompüterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız qidalanmaq miyopiyaya səbəb olan amillərdir.
Bəzi narahatlıqlar kimi, göz yorğunluğu da fərqli insanlarda fərqli şəkillərdə inkişaf edir. Gözlərində istirahət etməyə ehtiyacı vardır. Məsələn tez-tez rast gəldiyimiz baş ağrısı sindromu, kompüter istifadəçiləri üçün çox normal görünə bilər. Lakin bilmək lazımdır ki, bu göz rahatsızlığının əlamətlərindən sayılır. Gözlərdə ağrı, yorğunluq, quruluq və ya yaşarma kimi problemlər ola bilər. Bulanıq və ya cüt görmə, monitordan başınızı qaldırdığınız zaman fərqli bir yerə baxarkən fokuslanma problemi yaşamanız əsas əlamətlərdəndir. Daha yaxşı görə bilmək üçün səhv oturrma, baxma səbəbi ilə boyun ağrısı da meydana gələ bilər. Əgər görmə itiliyinin zəifləməsi, yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması) olursa, yazı oxuyarkən tez yorulursunuzssa, gözlərdə yandırma və ya “qum düşməsi” hissi olursa, göz və alın nahiyəsində, başda və ya gözlərin hərəkəti zamanı ağrılar olubsa, gözlərinizdə qızarma varsa bu kompüterin gözə və görmə qabiliyyətinə mənfi təsirlərinin geniş yayılması deməkdir.

Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?

Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.

Nə edə bilərik?

Əslində, kompyuter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 15-20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:
1. İş yerinizi düzgün təşkil edin
Yaxşı monitor - əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və ya 19` (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əvvəlki elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir.
Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır.
Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, Word sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə, parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha kontrast görüntü daha məsləhətlidir.
Monitorun masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır – onların biri birinə qarşı çəpinə yerləşdirilməsi daha bir səhvdir.
Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.
2. Gözlər üçün gimnastik hərəkətlər
Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:
- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;
- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;
- gözlərinizlə dairəvi hərəkətlər edin - əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);
- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin;
- pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.
Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.
3. Düzgün və çeşidli qidalanma
Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, C, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün xüsusi əhəmiyyət kəsb edir. Vitamin A - kahı, göy noxud, yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində, vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları, balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm vitamin C ilə zəngindir.
Gözlər və bütün orqanizm üçün daha bir xeyirli məhsul - provitamin A (karotin) mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu, kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.
4. Profilaktik tədbirlər
Çobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır.
Apteklərdə göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul etmək olar. Balıq piyi qözlər üçün çox xeyirli hesab olunur. Balıq piyi preparatları da ildə bir neçə dəfə kurs kimi içmək olar.
Erkən yaşlarda nizamlı olaraq və bol bol meyvə yemək, irəliləyən yaşlarda görmə itkinlərini əhəmiyyətli nisbətdə önləyər. Araşdırmalar nizamlı olaraq gündə üç pay meyvə yeyənlərdə, yaşlılıqda görmə itkilərinin 36 faiz azaldığını ortaya qoyur. Çoxlu vitamin qəbul eləmək katarakt riskini 60% azaldır. Xüsusilə çoxlu vitamin həbində olan E və C vitaminlərinin, katarakt riskini endirmədə əhəmiyyətli rolu olduğu ifadə edilir.
Kök ehtiva etdiyi xüsusi şəkəri, A vitamini və bol vitaminləri ilə qaraciyəri qüvvətləndirər, bədəndəki törə turşusunun, urat duzlarının, bənzəri yorğunluq maddələrinin sidiklə çölə atımına köməkçi olar. Ehtiva etdiyi beta-karotin sayəsində gözləri qoruyar və immunitet sistemini qüvvətləndirər.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, 2 saatdan artıq kompüterlə məşğul olan şəxslər bu problem üzrə yüksək risk qrupunda olan istifadəçilər hesab olunur. Bu cür istifadəçilər yuxarda da qeyd edildiyi kimi gözlərini rahatlaşdırmaq üçün əvvəlcə, kompüter masasını uyğun bir şəkildə səhmana salmalıdırlar. Sonra isə monitoru masanın üstünə qoyub, monitotun tam qarşınızda duraraq onun gözlərdən 35 - 40 sm uzaqlıqda olması üçün nizamlama işləri aparmalıdırlar. Ekranın üst kənarı yəni tavan yüksəkliyinin ən üst qisimi göz səviyyənizlə bərabər olmalıdır və ya bir az altında olmalıdır. Yüngülcə aşağı doğru baxmalısınız. Bu uzaqlıqdan kiçik yazıları oxumaqda çətinlik çəkirsinizsə, monitoru yaxınlaşdırmaq yerinə ya da əymək yerinə yazı ölçüsünü artırmağı təcrübə edin. Bir çox proqram bu xüsusiyyətə malikdir. Məsələn İE7'de bu xüsusiyyət mövcuddur. Yazıları çox xoş sadə şəkildə özünüzə uyğunlaşdıra bilərsiniz.
Unutmayın ki, kompüterlə məşğul olarkən işıqlandırma son dərəcə əhəmiyyətlidir. Bəzi ofislər çox işıqlı ola bilər; bunun önünə keçə bilmək üçün pərdələri bağlayın ya da par önləyici ekran filtri istifadə edin. Yuxarıdan işıqlandırma yerinə masadan işıqlandırma seçin. Masa lampaları son dərəcə ideal və erqonomikdir. Çox qaranlıq otaqlarda iş görməyin. Çox işıqlı olarsa da problem olar.
Monitor ilə əlaqədar edə biləcəyiniz ən gözəl və ən asan şey təmizlikdir. Ekranınızın tozdan, çirkdən, ləkələrdən təmizləyin. Göz yorğunluğunu önləmənin ən yaxşı yolu tez-tez fasilə verməkdən keçir. Quru göz sindromunun profilaktikası üçün kompüterdən istifadə edənlər hər saatdan sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməli və ya göz üçün məşqlər etməlidirlər: gözləri qırpmaq, uzaq – yaxına baxmaq. Gözləri ovmaq prosesi daha da pisləşdirə bilər.
Bəzi asan üsullarla, tam yaxşılaşdırmaq mümkün olmasa da, quru göz şikayətlərini azaltmaq olar. Xüsusilə, oxuyarkən və kompyuterdən istifadə edərkən gözləri tez – tez qırpmağa çalışmaq, gözləri qaşımamaq, ovmamaq lazımdır. Quru və sərinkeş olan otaqdan mümkün qədər uzaq olmaq, daha çox su içmək göz quruluğu şikayətlərini azalda bilər.
Beləcə həm gözləriniz həm zehininiz rahatlayar, istirahət etmiş olarsız.
İş vaxtınızı kompüter qarşısında keçirirsinizsə, ildə 1 dəfə həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin. Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və müalicəvi tədbirlərin effektivliyini artırır. Başqa sözlə ifadə etsək kompüter başında davamlı göz problemləri yaşayırsınızsa mütləq bir göz həkiminə müraciət etməyi ləngitməyin.


Tarix: 16.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 167 Bölmə: Oftalmologiya
loading...