Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gün eynəklərindən istifadə

Gün eynəyi yayın dəbli aksesuarlarından biri sayılır. Yayın gəlməsiylə birlikdə göz sağlamlığı üçün bir çoxları günəş eynəklərinə üstünlük verir. Günəşin zərərli şüalarından qorunmaq üçün bu aksesuar təsirli vasitələrdən biri sayılır. Bunun üçün günəş gözlüyünün sağlam və keyfiyyətli olmasına diqqət etmək lazımdır.
Onuda qeyd etmək lazımdır ki, günəşdən gələn ultrabənövşəyi şüaların qarşısını almaqda keyfiyyətsiz gün eynəkləri təsirli olmur. Eynək alarkən ilk növbədə onun keyfiyyəti əsas götürülür. Bu baxımdan yayda gün eynəyi alarkən aşağıdakılara diqqət etmək lazımdır:
Rəng
İndi istənilən rəngdə eynək almaq mümkündür - göy, qara, bənövşəyi, sarı. Amma dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır.
Ölçü
Eynək nə qədər böyük olsa bir o qədər yaxşıdır. Onlar həm dəblidir, həm də gündən yaxşı qoruyur.
Əgər linza varsa...
Əgər siz linzadan istifadə edirsinizsə, mütləq eynəkdən istifadə etməlisiniz ki, linzalar qurumasın.
Xamelyon eynək
Onların şüşələri işıqdan asılı olaraq dəyişir. İçəridə şəffaf, çöldə isə tünd olurlar. Unutmayın ki, onların rəngi bir anın içində dəyişmir. Günəş altına çıxan kimi bir müddət gözləriniz müdafiəsiz qalır.
Uşaqlar
Əgər uşaqların görmə qabiliyyəti aşağıdırsa, onlara gün eynəyi taxmaq olmaz. Gözlər normaldırsa, onları mütləq qorumaq lazımdır.
Üz tipinə uyğun eynəyi necə seçməli?
Yumru üz
Belə üzə sahib olanlar yumru və ya oval gözlük seçməməlidir.
Oval
İstədiyiniz bütün formalarda çərcivələrdən istifadə edə bilərsiniz.
Ürək forma
Pilot, pişik gözü formasında eynəklər sizə yaraşacaq.
Dördkünc
Yuvarlaq, incə çərcivəli eynəklər sizin üçündür. Böyük formalı gözləri seçə bilərsiniz.


Tarix: 16.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Oftalmologiya
loading...