Məlumata görə "Kompüter sindromu" olaraq bilinən göz yorğunluğu uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanır.
Bundan əlavə normal kitab oxuya bilməmək, televiziya verlişlərini çoxlu seyr etmək, çoxlu əl işləri etmək gözə mənfi təsir göstərir.
Göz yorğunluğu zamanı qeyri-səlis görmə, gözdə qızartının olması, göz səğırməsı, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. ola bilər.
Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları olur.
Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.
Göz yorğunluğunda quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür.
Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz səyirməsi yorğunluq davam etdiyi müddətcə təkrarlana bilər.
Gözdə olan qızartı və quruluqla əlaqədar, yanma və batma hissi meydana çıxır.
Gözyaşı ekoloji faktorlarla çirklənən göz səthini təmizləyir, lakin göz yorğunluğu ilə bağlı inkişaf edən sulanma və axıntının öhdəsindən gələ bilmir və bunun nəticəsində göz quruluğu yaranır.
Gözdən ibarət olan müxtəlif irritasyonlar və problemlər nəticəsində yaranan axıntı və ya sulanma gözün verdiyi bir reaksiya hesab olunur.
Göz yorğunluğunda meydana gələn bulanıq görünüş, qızartı, sulanma kimi əlamətlərin ortaya çıxması fokuslanma problemi yaradır.
Tarix: 16.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Oftalmologiya