Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz sulanmasının səbəbləri və müalicəsi

İnsan sağlamlığında aktual mövzulardan biri göz sulanması və onun müalicəsidir. Göz quruluğu kimi bilinən bu xəstəliyin əlamətlərinə gözdə qaşınma, yanma və narahatlıq hissi, gözdə uzun müddət qızartı, gözü qırpmaqla düzələn bulanıq görmə, gözdə yad cismin olması hissi, uzun müddət kitab oxuma, televizora baxma və ya kompyuterdən istifadə nəticəsində sulanma, gözün ağrıması və s. aiddir.
Quru göz sindromu göz həkimlərinin ən çox qarşılaşdıqları göz xəstəlikləri olaraq hesab olunur. Gözdəki həddindən artıq quruluq göz yaşı komponentlərinin çoxalması deməkdir. Göz yaşının tərkibində sudan başqa yağ, protein, elektrolit kimi maddələr var və onların az və ya çoxluğu göz yaşının keyfiyyətini poza bilər.
Gözyaşının qeyri-kafi olması vəziyyətinə göz quruluğuna, göz qapaqlarında yaşın daşacaq səviyyədə sekresiyalanması isə göz sulanmasına gətirib çıxarır.
Göz sulanması səbəbləri. Gözə düşən xarici cisimlər, göz və göz qapağındakı pozuqluqlar, göz içində iltihablanma, soyuqdəymə göz sulanmasının səbəbləridir.
Göz sulanmasının müalicəsi. Göz sulanmasının müalicə metodları səbəbə yönəlik olmalıdır. Əgər bu iltihabı prosesdirsə müalicə təyin olunur. Göz kanalında tıxanmalar müəyyən olunduqda isə yaşın çıxması üçün həmin kanalllar təmizlənir, dar olduqda isə genişləndirilir. Əgər göz sulanması hər hansı göz təzyiqinin olması nəticəsində baş verirsə, onda xəstəyə həkim yanında olarkən xüsusi damcılar tökülür. Yaş kanallarında problem olduqda isə cərrahi və terapevtik yolla müalicə aparılır.
Quru göz sindromunun profilaktikası üçün kompyuterdən istifadə edənlər hər saatdan sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməlidirlər. Gözləri ovmaq prosesi daha da pisləşdirə bilər.
Ağız yolu ilə alınan dərmanlardan uzun müddət və çoxlu istifadənin asılılıq etdiyi və xeyiri olmadığı bildirilir. İstifadə edib, sonradan istifadə etməməyin isə pis nəticələrə gətirir. Bu baxımdan təsirli göz jellerini ya da damcılarını seçmək məsləhətdir. Şişmə və iltihab kimi əlamətləri aradan qaldırmaq üçün qeyri steroid iltihab önləyici göz damcıları istifadə edilə bilər. Bundan əlavə görmənin gigiyenasına diqqət vacibdir. Çap olunmuş və ya yazılı mətni yaxın məsafədən oxumaq olmaz. Bunu etdikdə billur uzun müddət çox qabarmış olur. Bu da gözü gərgin vəziyyətdə saxlayır və yaxından görmə qüsurunun əmələ gəlməsinə səbəb olur. Kitab oxuduqda, yazı yazdıqda, naxış tikdikdə və digər işlər gördükdə bunları gözdən 30-35 sm aralı tutmaq lazımdır. İşıqlandırmaya mütləq fikir vermək lazımdır. Yazı zamanı işıq soldan düşməlidir. Onuda qeyd etmək lazımdır ki, çox parlaq işıq gözün reseptorlarını həddən artıq qıcıqlandırır və gözə zərər vurur. Günəş şüalarıda gözə təsir göstərir. Bunun üçün xüsusi eynəkdən istifadə etmək lazımdır. Orqanizmdə A və B2 vitaminlərinin çatışmaması ucbatından görmənin pozulması yarana bilər. Siqaret çəkmək gözə zərərli təsir göstərir. Nikotin və tütünün digər zərərləri görmə sinirinə ağır ziyan vurur. Güclü külək zamanı gözə tozla xəstəlik törədən mikroblar düşə bilər. Gözləri tozdan qorumaq üçün təmiz dəsmal ilə silib, əllə ovuşdurmamaq lazımdır.
Hər cür əmək fəaliyyəti üçün görmə vacib olduğundan onları zərərli təsirlərdən qorumaq və lazimi səviyyədə qulluq etmək çox önəmlidir.


Tarix: 16.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Oftalmologiya
loading...