Bildiyimiz kimi, ətraf mühit haqqında informasiyanın çoxu gözlər vasitəsi ilə alınır.
Bu dəyərli orqanımız eyni zamanda mükəmməl qoruma və baxım sistemi ilə təchiz edilmişdir.
Lakin, bütün bunlara baxmayaraq sağlamlığa fikir vermədikdə göz xəstəlikləri yaranır.
Onlardan biri yaşlanma zamanı siqaret istifadəsi ilə meydana gələn sarı nöqtə xəstəliyidir.
Belə ki, çoxlu siqaret istifadəsi yaşlandıqca görmə mərkəzinə təsir göstərir və göz xəstəliyi yaradır.
Türkiyəli mütəxəssis Dos. Dr. Fevzi Şentürk, sarı nöqtə xəstəliyinin olmaması üçün siqaretdən uzaq dayanmağı məsləhət görüb.
Onun sözlərinə görə vitamin və minerallar, lutein turşuları, balıq yağı və antioksidantlar xəstəliyin irəliləməsini azaldır. Bunlardan lutein xüsusi fərqlənir.
Bu maddə normalda sarı nöqtədə və normal görmə funksiyasında iştirak edən piqmentdir. Daha çox pomidor, kök, balqabaq, kələm, ispanaq, portağal, kivi və avokadoda olur. Bütün bu vitaminlərin təsirli ola bilməsi üçün çoxlu istifadə edilməsi lazımdır.
Tarix: 16.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Oftalmologiya