Məlumata görə Türk Oftolmoloji dərnəyinin müdiri Prof.Dr. Qaynaq dünyada görmə itkilərinin təxminən 10 %-nə sarı ləkə xəstəliyinin səbəb olduğunu bildirib.
Onun sözlərinə görə bu xəstəliyin qarşısının alınması mümkündür. Süleyman Qaynaq sarı ləkənin meydana gəlməsinin gözün mərkəzi görməsinə cavabdeh olan makula bölgəsinin quruluşunun pozulması və funksiyasının itirməsinə səbəb olan xəstəlik olduğunu bildirib. Bu narahatlığın 65 yaş üzərində olanlarda 10%, 80 yaş üzərində olanlarda 30% olduğu bildirilir.
Bunun qarşısının alınması bitki mənşəli qidalarla da mümkündür. Xüsusilə yaşıl və rəngli bitkilərin tərkibində lutein adlandırılan boya maddəsi vardır.
Lutein, görmə sinirimizin əhəmiyyətli ehtiyaclarından biridir və kənardan alınmaq məcburiyyətindədir.
Bu cür maddələrdən əlavə Omega 3 və daha çox dəniz məhsulları, balıq yağı və bəzi antioksidant maddələr sarı ləkə xəstəliyinin qarşısının alınmasında əhəmiyyətli hesab olunur.
Tarix: 16.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Oftalmologiya