Uşaqlarda gec fərq edilən göz problemlərinin həlli böyük bir əhəmiyyətə malikdir. Uşağınızı diqqətli araşdıraraq görmə qabiliyyətində olan əlamətləri bilmək mümkündür. Uşağınızı diqqətli tədqiq edərək görmə qabiliyyətində olan əlamətlərdən xəbəriniz olacaq.
Xüsusi ilə bunlara diqqət yetirmək vacibdir: uşağınız yeni obyektlərə, insanlara maraq göstərmirsə, onları görməməzlikdən gəlirsə və baxışlarını cəmləyə bilmirsə, uzaqda və yaxında olan obyektləri tanımırsa deməli onun görmə qabiliyyətində problem var. Ayaqları davamlı bir şəkildə yerə ilişir və əşyalara dəyirsə, gördüyü obyektləri əsl yerlərində yox , gözü yan tərəfə uzanaraq görürsə bu zaman onun gözündə ciddi problemlər ola bilər.
Doğulduqdan dərhal sonra: gözbəbəkləri boz-ağ bir rəng olarsa, körpəniz işığa baxmadıqda ya da gözbəbəkləri çox böyüdüyündə və ya gözqapaqları aşağı sallandığından göz müayinəsinə gedilməlidir.
Körpə 6 və 12 - ci aylar arasındadırsa və erkən doğulmuşsa, inkişaf mərhələlərini gec izləyirsə, özünüz də eynəkdən istifadə edirsinizsə uşağınızı mütləq göz müayinəsinə aparmalısınız.
Tarix: 16.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Oftalmologiya