Siçovullar üzərində təcrübə sübut edib ki, çay, kataraktın inkişafını ləngidir və görmə qabiliyyətinin zəifləməməsinə yardımcı olur.
Bu cür faydalı xüsusiyyətlər yaşıl çayla bərabər qara çayda da var. Lakin, qara çayın daha təsirli olduğu bildirilir. Qoruyucu xüsusiyyətlərə malik olan qara çayda antioksidant maddələri çoxluq təşkil edir. Gözdə olan katarakta, bulanıqlıq xrustal formasında xarakterizə olunan bir göz xəstəliyidir. Katarakta anadangəlmə və yaşa dolduqda qazanılan bir xəstəlik hesab olunur, daha çox qocalarda olur. Xəstəliyin əsas təzahürlərinə xəstənin görmə funksiyalarında meydana gələn dəyişikliklər aid edilir. Bu dəyişiklik uzağı görə bilməmə, yaxını görə bilməmə şəklində ola bilər. Ya da daha əvvəl istifadə edilən eynəklərlə dəqiq görə bilməmə formasında ortaya çıxa bilər.
Cüt görmə, şəkilsiz və bulanıq görmə, kontakt lens və ya eynək nömrələrinin tez-tez dəyişməsi, dərinlik hissinin itkisi, göz yorğunluğu və baş ağrısı kimi ifadə olunur.
Tarix: 16.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Oftalmologiya