İnsan ətraf mühit haqqında informasiyanın 90% -ni göz vasitəsi ilə alır. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə getdikcə daha çox inkişaf etmiş video və foto kameralar, saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz. Gözün möcüzəvi görmə sistemini qısa şəkildə xatırlatmaq və nə qədər təkmilləşmiş olsa da, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün quruluş və funksiyaya malik olduğunu görərik. Gözlərimiz varlıqları görüb tanımağımızda, məlumat əldə etməyimizdə bizə köməkçi olan ən əhəmiyyətli orqanımızdır. Başqa sözlə göz — insanın və heyvanların görmə sisteminə daxil olan, dalğa uzunluğunun işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edə bilən və görmə funksiyasını təmin edən duyğu orqanımızdır. Bu səbəblə, bədənimizin digər orqanları kimi, gözlərimizin sağlamlığına da diqqət yetirməliyik. Göz qüsurları doğuşdan ola bildiyi kimi sonradan da ortaya çıxa bilər. Biz uzaqdakı əşyalara baxdıqda büllur yastılaşır və burada şüalar az sınır. Yaxını görən adamlarda ya göz almasının forması uzanır və ya büllur qüvvətli qabarır. Hər iki halda uzaqda yerləşən cismin gözdə xəyalı torlu qişanın üzərinə düşür, ondan qabaqda alınır. Ona görə də uzaqda yerləşən cismə baxdıqda, o, aydın görünmür. Göz alması qısaldıqda və ya büllur basıldıqda uzaqda olan cismin xəyalı torlu qişanın arxasında alınır. Bu adamlar uzaqgörən adlanır. Yaxıngörənlər və uzaqgörənlər müvafiq eynək taxmaqla bu çatışmazlıqları aradan qaldırırlar.
Tarix: 16.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Oftalmologiya