Texnologiyanın irəliləməsiylə kompüterlərə maraq göstərən insanların sayı da artmışdır. Bəzi şəxslərin davamlı olaraq ekrana baxdıqda gözdə yorğunluq, görmənin qeyri-kafiliyi, gözlərdə yanma, baş ağrısı və s. problemləri olur. Bu baxımdan gözü kompüterin zərərli şüalarından qorumaq üçün müxtəlif tədbirlər görməkdə fayda var. Bunun üçün gözü kompüter ekranından qoruyan şüşələrdən, eynəklərdən, kaktus bitkisindən və s. faydalı imkanlardan yararlanmaq olar. Rəngli şüşəli eynəklərdən isə gözə zərər verən parlaq işıqları azaltmaq üçün istifadə edə bilərsiniz. Parlama problemi aradan qaldırıldıqda ekrana doğru fokuslanma təmin oluna bilər. Çox parlaq ekranı solğunlaşdırmaqla ayrı-seçkiliyi artırmaq da yaxşı bir həll hesab olunur. Ancaq ekran çox parlaq ya da çox qaranlıqdırsa kontrast nizamlarını düzəltməkdə fayda var.
İş əsnasında az qala bütün işlərini ekran qarşısında görənlər üçün qısa fasilələr şərtdir. Ekran qarşısında hər 1 saatlıq iş üçün özünüzə 5 dəqiqə fasilə verməlisiniz.
Göz problemlərini önləmənin bir başqa asan yolu ekranı təmizləməkdir. Ekranda olan toz, barmaq izi və digər ləkələr diqqəti dağıdır və oxumağı çətinləşdirir.
Monitorun ekranını tez-tez təmizləməyi vərdiş halına gətirin. Hər səhər işə başlamazdan əvvəl ekranı silmək ideal zamanlamadır.
Monitorla aranıza məsafə qoymalı və çox yaxın oturmamalısınız. Kompüter ekranı və gözləriniz arasında 20-24 sm. uzaqlıq olmalıdır.
Ekranın mərkəzi isə gözlərin altından 10-15 dərəcəlik bucaq təşkil etməlidir.
Kompüter başında qaldığınız müddətdə bu dəyişiklikləri edə bilmir ya da tam işə yaramadığını hiss edirsinizsə göz həkiminizdən məsləhət alın.
Tarix: 16.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Oftalmologiya