Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OftalmologiyaGöz yorğunluğu

Məlumata görə "Kompüter sindromu" olaraq bilinən göz yorğunluğu uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanır.
Bundan əlavə normal kitab oxuya bilməmək, televiziya verlişlərini çoxlu seyr etmək, çoxlu əl işləri etmək gözə mənfi təsir göstərir.
Göz yorğunluğu zamanı qeyri-səlis görmə, gözdə qızartının olması, göz səğırməsı, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. ola bilər.
Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları olur.
Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.
Göz yorğunluğunda quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür.
Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz Ardı »

OftalmologiyaKorluğun müalicəsində effektli metod

Kök hüceyrə metodu ilə işıq qəbuledici hüceyrələr yenilənə bilir. Heyvanlar üzərində aparılan təcrübələrdə göz işığında olan problem kök hüceyrə üsulu ilə aradan qaldırılıb. Məlumata görə bu üsulun sarı nöqtə başda olmaqla, bir çox görmə itkisini ortadan qaldırma potensialı var. Fərqli xüsusiyyətləri sayəsində hüceyrələrə bölünərək özlərini yeniləmə qabiliyyətinə sahib olan kök hüceyrə metodu korluğun müalicəsində əhəmiyyətli addımlardan hesab olunur. Məlumatda oda bildirilir ki, daha əvvəl kök hüceyrənin nəqli yoluyla, siçanlardakı görmə problemi həll edilmişdi. İngilis araşdırmaçılar hətta korluğa gətirib çıxaran işığı hissetmə tutumuna sahib olan hüceyrələri yeniləməyi bacarıblar. Kor siçanlara nəql edilən kök hüceyrələri işığı qəbul edən hüceyrələrə çevrilib. Bu çevrilmənin sürəti Ardı »

OftalmologiyaKontakt linzalardan istifadə edənlər üçün məsləhətlər

Bir neçə xeyirli məsləhətə əməl etsəniz, rahatlığınızı təmin edərsiniz
Son zamanlar gözün kontaklı korreksiyası daha geniş yayılıb. Yerli bazarda xarici firmaların istehsal etdiyi çoxsaylı kontakt linzaları və onlara qulluq vasitələrini görmək olar. Əksəriyyət eynəklərini kontakt linzalarına dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər.
Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, amma bəzi göz xəstəliklərində, məsələn, astiqmatizm, keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür.
Kontakt linzaları həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Bu, çox vacibdir, çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.

Kontakt linzaları gəzdirərkən bir Ardı »

OftalmologiyaHava dəyişiklikləri göz soyuqdəyməsinə səbəb olur

Hava dəyişiklikləri göz soyuqdəyməsinə səbəb olur. Bu daha çox göz ağının və göz qapaqlarının iç qismini örtən pərdənin iltihablanması nəticəsində yaranır.
Göz nahiyəsində qızartı, sulanma, qaşıntı, göz qapaqlarının şişməsi və yapışması kimi hallar meydana gəlir. Türkiyəli mütəxəssis Dr. Gökhanın sözlərinə görə müalicə edilmədikdə ciddi göz problemləri yarada bilər.
Xalq arasında göz soyuqdəyməsi kimi bilinən 'konyuktivit', göz səthinin yoluxucu infeksiyalarından biridir. İlin hər dövründə hər adamda görülə bilər. Virusun gözə alınmasından sonra 2-3 həftəlik müddətdə digər şəxslərə keçmə riski yüksək olur. Məktəb, fabrik, xəstəxana və nəqliyyat kimi sıxlıq mühitlərdə viruslar adamdan adama yoluxa bilər. Göz soyuqdəyməsi əvvəlcə gözdə burun kökünə yaxın qisimdə, sonra da Ardı »

OftalmologiyaGöz quruluğu deyib keçməyin

Məlumata görə dünyada milyonlarla insana təsir edən göz quruluğu daha çox qadınlarda müşahidə edilib. Təxmini hesablamalara görə insanlarda 35% nisbətində olan göz quruluğuna hava çirkliliyi, uzun müddət kompüter və ya televizordan istifadə, yaş və ekoloji faktorlar, menopauza və klimalı mühit təsir göstərir.
Həmçinin kontakt linzalar, göz əməliyyatları, siqaret istifadəsi göz quruluğuna səbəb olur. Bu cür insanlarda quru göz nisbəti çoxluq təşkil edir.
Quru göz simptomları müalicə edilməzsə bir sonrakı mərhələdə ciddi göz xəstəlikləri yaradar. Bu səbəbdən gözlərdə aşağıdakı əlamətlər olduqda göz həkiminə müraciət etmək lazımdır.
• Quruluq
• Qaşıntı
• Gözlərdə batma və yanma hissi
• Gözə xarici cisimin düşməsi
• İşığa həssaslıq
• Göz yaşarmalarının olması
• Qeyri-səlis görmə Ardı »

OftalmologiyaGöz sağlamlığı üçün qidalanma

Ekoloji faktorlar, genetik xüsusiyyətlər və yaşın artması göz sağlamlığında müxtəlif problemlər yarada bilər.
Günümüzdə lazımi proseduralardan əlavə istəyə uyğun lazımi qidalardan da istifadə etmək olar.
Bildiyimiz kimi bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan gözləri qorumanın ən asan yolu təbii qidalardan keçir.
Göz sağlamlığı üçün bədəni nizamlı olaraq lazımi vitaminlərlə təchiz etmək vacibdir. Həmin vitaminlərə A, E, C, B2 vitaminləri də daxildir.
Omeqa 3 və omega 6 yağ turşuları sink, maqnezium da göz üçün faydalı hesab olunur. Bəzi həblər və vitaminlərin bədəndə yığılaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Məlumatda həmçinin bildirilir ki, beyin ətrafındakı mayenin artımı və göz sinirinə bu mayenin etdiyi təzyiq görmə Ardı »

OftalmologiyaElm adamları yeni göz hüceyrələri hazırladı

Elm adamları görmə itkisini müalicə etmək üçün kəşf olunan göz hüceyrələrinin istehsalına başlayıb.
"Biofabrication" jurnalında işıqlandırılan tədqiqatda bildirilir ki, bu hüceyrələr gözün arxasında olan və işığa həssaslıq göstərən retina bölgəsində problemlərin müalicəsində istifadə oluna bilər.
İngiltərədəki Cambridge Universitetinin elm adamlarının bu istiqamətdə apardığı işlərdə heyvan hüceyrələrindən istifadə edildiyi bildirilir. Siçanların retinasından alınan və gözdən beyinə məlumat çatdıran iki növ hüceyrənin, yazıçı cihaz vasitəsi ilə istehsalı planlaşdırılır. Bu hüceyrələrin sağlam qaldığı və çoxalmağa davam etdiyi ifadə edilir.
Tədqiqatı icra edənlərdən Prof. Keith Martin və Dr. Barbara Lorber bildirib ki, "Görmə itkisiylə nəticələnən bir çox göz xəstəliyinin ortaq xüsusiyyəti retinadakı sinir hüceyrələrinin yox olmasıdır. İşimiz, mərkəzi Ardı »

OftalmologiyaGöz quruluğunun ev mühitində müalicəsi

Göz quruluğunu evdə müalicə etmək üçün bunlara diqqət yetirmək lazımdır:
Təmizləmək, kompres hazırlamaq və masaj etmək
İsti kompres hazırlamaq göz qapaqlarında olan iltihablanmaya və yağlı qabarıqlıqlara qarşı faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərməklə qalın və qalıcı yağ təbəqəsi təmin edir. İsti temperatur sayəsində göz vəzilərində olan yağ istilənir və yaranan problem nizama düşür. Masaj hərəkətləri isə vəzilərin xaricə çəkilməsinə kömək edir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.
Reseptsiz göz damlaları
Reseptsiz verilən sürüşkənləşdirici göz damlaları (gel) daha çox nəm təmin edilməsinə və göz səthinin nizamlanmasına kömək edir.
Bunlardan gündə dörd dəfə istifadə etmək olar. Ardı »