Göz tənbəlliyi (ambliopiya) xəstəliyi bir gözün digərindən zəif olduğunu göstərir. Çox zaman uşaq yaşlarından yaranmağa başlayır.
Göz tənbəlliyi kimi bilinən ambliopiada bir gözdən gələn informasiyanın axını digərinə nisbətən fərqli olur. Bu xəstəlikdə beyin görünüşləri daha çox güclü olan gözdən alınır. Görmə binokulyar olmur. Yaxşı görən göz aparıcı olur. Bu zaman pis görən gözün zamanla funksiyası zəifləyir və çəpgözlük əmələ gəlir.
Ambliopiyanı müalicə etmək üçün gözlük, kontakt linzalar, sarı ləkənin ağ və rəngli işıqlarla qıcıqlandırılması, görmə sinirin elektrostimulyasiyası da tətbiq edilir.
Bəzi hallarda göz həkimləri aşağıdakıları məsləhət görür:
• Güclü gözü bir göz bağıyla bağlamaq və ya uyğun gözlükdən istifadə etmək;
• Katarakt kimi göz problemlərinin vaxtında müalicəsi;
Cərrahi yolla katarakt, çəpgözlük, ptoz və s. göz xəstəlikləri korreksiya edilir.
Ən yaxşısı müalicənin 6 yaşından əvvəl başlaması lazımdır. Hər vəziyyətdə mütləq uşağın görüşünün tamamilə inkişafı 9 və 10 yaşından əvvəl başlamalıdır. Daha sonra edilən müalicələrin müvəffəqiyyəti az olur.
Ambliyopisiyası olan və müalicə görməyən bir uşağın görmə gücü həyat boyunca pisləşə bilər. Müalicə sonunda belə həmin uşaqları nəzarət müayinələrinə aparmaq məsləhətdir. Çünki, göz tənbəlliyi bəzi hallarda müalicədən sonra da əmələ gəlir.
Tarix: 16.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Oftalmologiya