Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz təzyiqi olanlara şad xəbər

Məlumata görə göz təzyiqi olan xəstələrə uyğun dozada dərman verilməsini təmin edən kontakt linzalar daha çox faydalıdır.
Amerikalı elm adamlarının inkişaf etdirdiyi linzalar sayəsində, göz təzyiqi olan xəstələr bir ay boyunca müalicə olunaraq sağlamlıqlarına qovuşa bilərlər. Mütəxəssislərdən Dr. Cozef Ciolino və tədqiqat qrupu inkişaf etdirilən xüsusi linzalar vasitəsi ilə damla damlatmayaraq problemin qəti həllini təmin ediblər.
İlk təcrübələr zamanı bu metod göz təzyiqinin müalicəsinə istiqamətləndirilib. Lakin elm adamları bənzər üsulun digər göz xəstəliklərinin müalicəsində də tətbiq olunacağını istisna etmirlər.
Dərmanın olduğu incə bir təbəqəyə linzalarla edilən testlər, bir aylıq istifadədən sonra, gözlərdəki dərman miqdarının bir aylıq damla istifadəsi ilə eyni olduğunu göstərib.
Bu linzaların bir başqa üstünlüyü nömrəli linzalara uyğun olmasıdır.


Tarix: 16.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Oftalmologiya
loading...