Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz quruluğunun ev mühitində müalicəsi.

Göz quruluğunu evdə müalicə etmək üçün bunlara diqqət yetirmək lazımdır:
Təmizləmək, kompres hazırlamaq və masaj etmək
İsti kompres hazırlamaq göz qapaqlarında olan iltihablanmaya və yağlı qabarıqlıqlara qarşı faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərməklə qalın və qalıcı yağ təbəqəsi təmin edir. İsti temperatur sayəsində göz vəzilərində olan yağ istilənir və yaranan problem nizama düşür. Masaj hərəkətləri isə vəzilərin xaricə çəkilməsinə kömək edir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.
Reseptsiz göz damlaları
Reseptsiz verilən sürüşkənləşdirici göz damlaları (gel) daha çox nəm təmin edilməsinə və göz səthinin nizamlanmasına kömək edir.
Bunlardan gündə dörd dəfə istifadə etmək olar. Ehtiyac duyulan sıxlıqda istifadə edilməsi daha çox məsləhət görülür.
Göz məlhəmləri
Sürüşkənləşdirici göz məlhəmləri, göz damlalarından və gellərindən üstündür. Gün boyu istifadə etdikdə bulanıq görmə ola bilər. Bu baxımdan həmin məlhəmlərdən yatarkən istifadə etmək lazımdır.
Fasilə vermək
Əgər gözlərinizin xüsusilə oxuyarkən, ya da televizor seyr edərkən quru olduğunu hiss edirsinizsə tez-tez ara vermək lazımdır. Bu gözlərin istirahət etməsini və nəmlənməsini təmin edəcək.
Otağın bir qədər nəmli olması
Göz quruluğu probleminin həlli üçün otağın havasının bir qədər nəm olması vacibdir. Həm qışlıq sobalar həm də yazlıq havalandırma sistemləri, havadakı nəmin azalmasına səbəb olur. Həddindən artıq hava hərəkəti isə göz quruluğu yaradır. Tavan ventilyatorlarının və ya pərlərin sürətlərini azaldaraq həddindən artıq hava axınını qarşısını almaq olar. Bundan əlavə havada daha çox nəm olmasını təmin edən cihazlardan istifadə etmək də lazımdır. Həmin cihazlar göz yaşlarının daha yavaş buxarlanmasına səbəb olur. Bu da gözlərin sağlam və rahat olmasına kömək edir.


Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Oftalmologiya
loading...