Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şüşədən hazırlanan protez gözlər

Məlumata görə Almaniyanın Münhen şəhərində şüşədən hazırlanan protez gözlər istehsal edilir. Alman protez göz istehsalçısı Gerhard Greiner-in sözlərindən aydın olur ki, xüsusi istehsal olunan həmin vasitələr bir və ya iki gözünü ciddi zədələrdən, qəzadan, göz xəstəliyindən itirən şəxslər üçün düşünülüb.
Məlumatda oda bildirilir ki, Greiner-in şüşə üfləmə texnikası istehsal etdiyi protez gözlər üçün emalatxanasında hər cür avadanlıq var. Bu baxımdan ciddi problemləri olmur.
İstənilən göz rəngi və damarların şəkili üçün xəstələrdən alınan fikirlər detallı bir şəkildə qeyd olunur. Xəstənin göz rənginə görə hazırlanan hər şüşədən gözün istehsalı üçün təxminən 1 saat lazım gəlir. Xəstənin göz damarlarına qədər eyni olan protez gözlərə sadəcə 350 avro ödəməklə sahib olmaq mümkündür.
Edilən protez şüşə və gözlüklər içi boş bir kürə şəklində olur və görməyən gözün üzərinə keçirilir.


Tarix: 16.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Oftalmologiya
loading...