Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz təzyiqinə diqqət

Məlumata görə 40 yaşından sonra gözdə artan təzyiqə görə korluq yarana bilər.
Bunu Kocaeli Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Prof. Dr. Yüksəl söyləyib.
Onun sözlərinə görə xalq arasında "Qarasu xəstəliyi" olaraq bilinən göz təzyiqi, erkən diaqnoz edilməzsə pis fəsadlara səbəb ola bilər.
Bu baxımdan mütləq göz təzyiqinə fikir vermək lazımdır. Çünki, göz təzyiqi, 40 yaşlarında göz sağlamlığına biganə yanaşan hər kəsdə ortaya çıxa bilər.
Göz təzyiqini ölçdürməyin başqa bir səbəbi isə xəstəliyin irəliləyənə qədər əlamətinin az görüldüyü, və göz siniri quruyana qədər heç bir şikayətin olmamasıdır.
Təəssüf ki, bu xüsusiyyətə malik olan "Qarasu xəstəliyi" tez müalicə olunmazsa korluğa gətirib çıxarar.
Məhz, buna görə 40 yaşından əvvəl ən azı 3 ildən bir, 40 yaşından sonra 2 ildən bir göz həkiminə gedib göz təzyiqini ölçdürmək vacibdir.


Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Oftalmologiya
loading...