Hipermetropiya, miyopiya, astiqmatizim kimi göz qüsurlarının düzəldilməsi doğru eynək seçimindən də aslıdır. Gözlüyün günəş şüalarına və narahat edici işıqlara qarşı təsirli olub-olmamağı da nəzərə alınmalıdır. Mütəxəssislərin sözlərinə görə bu məsələdə diqqətsizlik sonradan istənməyən problemlərə yol açır. Eynək seçimində eynək çərçivəsinin və şüşələrinin seçiminə diqqət daha vacibdir.
Bu seçim gözlüyün göz həkimi tərəfindən verilən reseptə uyğunluğu qədər əhəmiyyətlidir.
Üz genişliyinə görə seçilməyən, keyfiyyətsiz və ya istifadə məqsədinə uyğun olmayan şüşələr sonradan problemə yol açır.
Məlumata görə üzün formasına uyğun olmayan eynəklərdə estetik baxımdan çətinliklər yaranır.
Əzələlərin alt sərhədi ilə üst sərhədi arasında ən çoxu 2 sm açıqlığın olması, həm gözlüyün mərkəzini düzgün istifadə etməyə həm də görmə sahəsini genişləndirməyə imkan verir.
Daha çox xarici mühitlərdə işləyənlər üçün geniş eynək çərçivələri seçilməlidir. Çərçivənin üzə görə dar olması təzyiqə səbəb olur və eynək gözə tam oturmur.
Şüşə seçimində də polis, əsgər, idmançı kimi zərbəli işlərdə çalışanlar mütləq qırılmaz orqanik şüşələrdən istifadə etməlidirlər.
Uzun istifadələrdə baş ağrısı meydana gələ bilər. Bu baxımdan geniş eynək çərçivələri seçilməlidir.
Ofis mühitində və kompüter başında olanlar isə örtməli eynəkləri seçim edə bilərlər.
Uşaqlara gözlüyü sevdirmək üçün onların fikrini öyrənmək və canlı rəngləri ifadə edən çərçivəli eynəklər seçim etmək olar.
Elastik çərçivəli və qırılmaz orqanik şüşələr uşaqlara zərər verdiyindən bu məsələyə ciddi fikir verilməlidir.
Uşaqlarda eynək nömrələrinin sürətli dəyişməsi səbəbiylə hər 6 ayda bir nəzarət edilməsi məsləhətdir. Büdcənizdən xeyli pul verib aldığınız çərçivə və eynək şüşələrinin mütləq zəmanət sənədlərini və CE sertifikatlarını eynəkçinizdən tələb edin. Çünki bazarda fərqli ölkələrdə istehsal olunan dayanıqsız, optik xassələri zəif olan şüşələr, eynəklər vardır. Bu baxımdam eynək seçimində bilik sahibi olmaq və doğru eynək seçmək əhəmiyyətlidir.
Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Oftalmologiya