Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdə gözlərinizə "daha yaxşı" baxın

Hamiləlikdə yaşanan fizioloji dəyişmələrin gözlərə təsir göstərdiyini ifadə edən mütəxəssislər, bu dövrdə ortaya çıxa biləcək görmə itkilərinin diqqətlə araşdırılmasını qeyd edib. Hamilə xəstələr ilə digər adi xəstələrin qiymətləndirməsinin böyük nisbətdə bənzərliklər göstərdiyini ifadə edən Dr. Aslan, görmə itkisi şikayəti ilə gələn hamilə qadınların göz problemini və səbəblərini müəyyən etdikdən sonra müalicə apardıqlarını bildirib. Onun sözlərinə görə ana namizədlərdə progesteron ilə əlaqəli olaraq kornea toxumasının su tutma xüsusiyyətləri dəyişir. Bunun nəticəsi olaraq görmə bulanır və xüsusilə kontakt linza istifadə edənlərdə linzaya qarşı həddindən artıq həssaslıq olur. Bu dövrdə kontakt linzalardan istifadə etməmək doğru bir seçimdir. Hər nə qədər hamilə qadınlarda görmə problemləri fizioloji səbəblərlə olsa da, görmə zəifliyi olanlar buna xüsusi fikir verməli və vaxtında həkimə müraciət etməlidir.


Tarix: 16.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Oftalmologiya
loading...