Məlumata görə fakoemulsifikasyon üsulu ilə tətbiq edilən katarakt əməliyyatları tikişsiz edir. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, kiçik bir korneal kəsikdən sonra gözə tikiş qoyulmur. Beləcə gözdə tikiş bağlı astiqmatizm meydana gəlmədiyindən xəstə funksional görməyə çox qısa bir müddətdə qovuşur.
Xüsusi ilə qeyd etmək lazımdır ki, kataraktın əlamətlərindən biri eynək dəyişimində (nömrəsində) sürətli və ani artımdır. Vaxtında tətbiq edilən düzgün müayinə və müalicə qısa müddətdə göz problemlərini həll etməyə imkan verir. Müayinə zamanı göz qapaqları və göz alması konyuktivaları da nəzərə alınmalıdır. Göz qapağının və konyuktivanın müayinəsi aydın gün işığında və ya süni işıqda müayinə edilməlidir. Bu zaman yandan işıqlandırma metodundan istifadə edilməsi daha yaxşı nəticə verir.
Katarakt cərrahiyəsində "Xüsusi hallar istisna olmaqla əməliyyatlarda ümumi və lokal anesteziya tətbiq edilir.
Göz müayinəsində ön kameranın, buynuz qişanın, bəbəyin, quzehli qişanın tədqiqi də yandan işıqlandırma metodu ilə aparılmalıdır. Xəstəni, stulda oturdaraq ondan sol tərəfdə 100 vatlıq güclü işıq lampası (ən yaxşısı donuq rəngli lampa) yerləşdirirlər. İşıq şüaları onun (lampanın) fokus məsafəsində (5 sm) qoyulan iki tərəfi qabarıq 20,0 D-lik lupanın köməyi ilə buynuz qişada toplanır.
Göz müayinəsində istilik proseduraları da tətbiq edilir.
Gözlərə isidici kompres aşağıdakı qaydada qoyulur. Qapalı göz qapaqları üzərinə qaynanmış isti suda və ya izotonik natrium-xlorid məhlulunda isladıb sıxmış və tənzif üstündən kompres kağızı və ya nazik müşəmbə qoyurlar (bunlar ölçüsü yaş salfetin ölçüsündən artıq olmalıdır), sonra bunu pambıq qatı ilə örtərək bint ilə sarıyırlar.
Müayinədən sonra müalicə üçün hazırlıq görülür. Daha sonra müqayisələr aparılır. Tez və vaxtında aparılan müalicə kataraktla bərabər digər göz xəstəliklərinin sağalmasını təmin edir.
Tarix: 16.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Oftalmologiya