Xanımlar diqqət: süni kiprik və linzalar korluğa səbəb ola bilər
"The Times of İndia" nın yaydığı məlumatda bildirilir ki, Tayland oftalmoloqlarının apardıqları araşdırma zamanı kontakt linzalar və süni kipriklərin səhhət üçün çox zərərli olduğu aşkarlanıb.
Onların hesablamalarına görə, dünyada hər il on minlərlə qadın məhz süni kipriklərə görə görmə qabiliyyətini itirir.
Səbəb isə kontakt linzaların gözün selikli qişasında və bəbəkdə müxtəlif infeksiyaların "məskən salması" riskini dəfələrlə artırmasıdır.
Süni kipriklərin bərkidildiyi yapışqan isə gözə xüsusilə ziyandır. Çünki əksər hallarda bu yapışqan saxta olur. Üstəlik, ora çoxlu mikrob yığılır və onlar da asanlıqla gözə düşür.
Tarix: 16.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Oftalmologiya
loading...