Göz xəstəlikləri əlaməti kimi tanınan gözdə qızartı, qaşıntı və batma hissi, gecə qabıq halını alan göz axıntısı, bulanıqlıq və işığa həssaslıq günümüzün aktual göz problemlərindən biri hesab olunur. Bu göz narahatlıqlarını lazımi prosedurlardan əlavə ev şəraitində kompres tətbiq etməklə də yüngülləşdirmək və müalicə etmək olar. Daha çox soyuq kompresin gözə rahatlıq verdiyi bildirilir. Eyni zamanda xüsusi göz damlaları var ki, həmin narahatlıqları aradan qaldırmağa kömək edir. Bunlarla bərabər göz yaşı ifrazını artıran preparatlardan istifadəsi uyğun hesab olunur. Lakin həmin preparatları tərləmə, bulantı, ürəkdöyünmə kimi əlavə təsirlərə malik olduğundan yalnız həkim nəzarəti altında istifadə etmək məsləhət görülür.
Quru göz sindromunun profilaktikası üçün kompyuterdən istifadə edənlər hər saatdan sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməli və ya göz üçün məşqlər etməlidirlər: gözləri qırpmaq, uzağa - yaxına baxmaq. Bu zaman gözləri ovalamaq isə məsləhət görülmür.
Quru və sərinkeş olan otaqdan mümkün qədər uzaq olmaq, daha çox su içmək göz quruluğu şikayətlərini azalda bilər.
Tarix: 16.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Oftalmologiya