Məlumata görə dünyada milyonlarla insana təsir edən göz quruluğu daha çox qadınlarda müşahidə edilib. Təxmini hesablamalara görə insanlarda 35% nisbətində olan göz quruluğuna hava çirkliliyi, uzun müddət kompüter və ya televizordan istifadə, yaş və ekoloji faktorlar, menopauza və klimalı mühit təsir göstərir.
Həmçinin kontakt linzalar, göz əməliyyatları, siqaret istifadəsi göz quruluğuna səbəb olur. Bu cür insanlarda quru göz nisbəti çoxluq təşkil edir.
Quru göz simptomları müalicə edilməzsə bir sonrakı mərhələdə ciddi göz xəstəlikləri yaradar. Bu səbəbdən gözlərdə aşağıdakı əlamətlər olduqda göz həkiminə müraciət etmək lazımdır.
• Quruluq
• Qaşıntı
• Gözlərdə batma və yanma hissi
• Gözə xarici cisimin düşməsi
• İşığa həssaslıq
• Göz yaşarmalarının olması
• Qeyri-səlis görmə
• Yorğunluq
Türkiyəli Dos. Dr. Emrullah müsahibəsində bildirib ki, "Gözü nəmli tuta bilmək üçün, gözyaşının yerini tutan bir çox süni gözyaşı damlası var.
Birinci mərhələdə gündə iki dəfə damladan istifadə etmək məsləhətdir.
Xüsusilə kompüter istifadəçiləri kompüterin zərərli şüalarından qorunmaq üçün bol su içməli, kompüter masasına kaktus kimi bitkilər qoymalı və digər vacib prosedurlara riayət etməlidir.
Tarix: 16.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Oftalmologiya