MATERİAL SİYAHISI:
4 yumurta
2 su stəkanı süd
100 q kərə yağı
Yarım çay stəkanı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
4 xörək qaşığı şəkər tozu
8 xörək qaşığı ilə un
ÜZƏRİ ÜÇÜN:
Banan
Kivi
Yaşıl fıstıq
Qaragilə
Sürülə şokolad
İÇİ:
Yumurtaları qırırıq, şəkəri əlavə edib çırpma teliylə çalırıq. Südü, duru yağı, əridilmiş kərə yağını töküb qarışdırırıq. Qabartma tozunu və vanili da əlavə edirik. 8 xörək qaşığı ilə un qoyuruq, yaxşıca qarışdırırıq.
Waffle aparatını taxıb istiləşməsini gözləyirik. Duru yağla aparatının üst və alt hissəsini yağlayırıq. Waffle xərcindən qaşıqla cihaza tökürük. Qapağını bağlayırıq. Qızarana qədər bişiririk. Qızaran waffle xəmir boşqaba alırıq. Üzərinə şokolad sürürük. Banan, kivi dilimləri və qaragilə qoyuruq. Yaşıl fıstıq səpirik və xidmət edirik.
Tarix: 11.06.2015 / 23:36 Müəllif: Nurana Baxılıb: 104 Bölmə: Desertlər