MATERİAL SİYAHISI:
Yarım dəstə ispanaq
1 çay s. Yaşıl mərci
1 çay s. Çatda
1 şorba q. Pomidor tomatı
1 şirin q. Bibər tomatı
2 şorba q. Un
1 şorba qk. Kərə yağı
1 su s. Ət suyu
2 diş sarımsaq
1 soğan
Su
Duz
İÇİ:
Yaşıl mərcini yuyub isti suyla ıslayırıq. Soğanı və sarımsaqları yeməli doğrayırıq. Qazana bir az duru yağı töküb soğanı əlavə edirik. Kərə yağını əlavə edirik və qovururuq. Sarımsağı qoyuruq. Unu qoyub qovurmaya davam edirik. Tomatları əlavə edirik.
Bulyonla konsistensiyanı açıb qarışdırırıq. Bir az isti su veririk. Yaşıl mərcini süzüb qazana alırıq. Yenə də isti su veririk və bişməyə qoyuruq. Qaynayanda içinə əriştəni atırıq. Duzunu atırıq. İspanağı doğrayırıq. Xörəyimiz bişəndə ispanağı atırıq və dərhal altını bağlayıb xidmət edirik.
Tarix: 24.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Şorbalar ve Helimler