Ərzaqlar:
5-7 ədəd sosis (hisə verilmiş olmasın)
2 baş soğan
2 diş sarımsaq
1 banka marinə edilmiş pomidor
1 banka ağ lobya
reyhan (və yaxud cəfəri)
parmezan pendiri
makaron
zeytun yağı
1 l toyuq bulyonu
toyuq əti (istəyə görə)
Hazırlanma qaydası:
Toyuq ətini bişirin, bulyonu tənzifdən süzün. Soğanı xırda doğrayıb sosislərlə birlikdə qızardın. Soğanın rəngi şəffaflaşanda doğranmış sarımsağı, sonra isə qabığı soyulmuş pomidorları əlavə edin. Üzərinə 1 litr toyuq bulyonu tökün. Zəif ocaqda 25-30 dəqiqə bişirin. Sonra lobyanı və makaronu, bişmiş toyuq ətini əlavə edin. Hazır olanadək bişirin. Duzlayıb, istiotlayın. Süfrəyə verərkən üzərinə göyərti və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
Nuş olsun!
Tarix: 18.12.2012 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Şorbalar ve Helimler