Qaymaqlı tomat şorbası
Ləvazimatlar
Tomat pastası – 150 q
Un – 50 q
Dəfnə yarpağı – 2-3 ədəd
Duru yağ – 80 q
Parmezan pendiri
Qaymaq
Suxarı
Pul bibər, duz və istiot
Hazırlanma qaydası
1. Yağda qovrulmuş unun və tomat pastasının üzərinə su əlavə edilib zəif odda qaynamağa qoyulur.
2. Qaynayan şorbaya dəfnə yarpağı, pul bibər, duz və istiot əlavə edilir.
3. Hazır şorbanın üzərinə qaymaq, suxarı əlavə olunur, sürtgəcdən keçirilmiş parmezan pendiri səpilir.
Tarix: 18.12.2012 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Şorbalar ve Helimler
loading...