Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Turşəngli doğramac resepti

Tərkibi:
Su – 3 l.
Təzə turşəng – 500 q.
Kartof – 5 ədəd
Yumurta – 5 ədəd
Kolbasa (və ya vetçina) — 500 q.
Təzə xiyar – 400 q.
Qatıq (yağlılığı 2,5%) – 1 l.
Yaşıl soğan – 1 dəstə
Şüyüd -1 dəstə
Qırmızı turp – 200 q
Kərəviz, cəfəri (zövqə görə)

Hazırlanması:
3 litr suyu qazana əlavə edib, qaynamağa qoyururq. Sonra turşəngləri doğrayıb qaynayan suya tökürük. 10 dəqiqə qaynayandan sonra onu soyumağa qoyuruq. Ayrıca qazanda isə yumurta və kartof qaynadılır. Sonra kolbasa, yumurta, karfot, xiyar, turp və göyərtilər doğranılır. İnqredietnlər duzlanır və qarışdırılır, üzərinə 1 litr kefir tökülür. Sonra soyumuş turşəng bulyonu buraya əlavə edilir və artıq hazır olan turşəng doğramacını soyumaq üçün soyuducuya qoyuruq. Bəzəndaha da turşməzə olsun deyə, doğramaca sirkə damcıları əlavə etmək olar.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:58 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Şorbalar ve Helimler
loading...