MATERİAL SİYAHISI:
1 kərəviz
1 kartof
1 yerkökü
1 kasa gül kələmi
1 kəvər
1 su stəkanı ət suyu
3 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
2 diş sarımsaq
Duz
Su
İÇİ:
Yerkökü, kartofu, kərəvizi soyuruq və xırda kub şəklində doğrayırıq. Qazana zeytun yağı tökürük, yerkökü və kiçik doğranmış sarımsaqları qoyub qovururuq. Arxasınca kartofu qoyub qarışdırırıq. Sonra kərəvizi də qoyuruq, qovurmaya davam edirik. Kəvəri incə nazik doğrayırıq və əlavə edirik. Yaxşıca çəkdikdən sonra isti suyunu əlavə edirik. Qapağını bağlayaraq zəif odda bişiririk.
Tərəvəzləri bişirərkən, kiçik bir qazanda kərə yağını və unu qoyub qovururuq. Unun iyi çıxana qədər qovururuq. Soyuq südünü tökürük və çırpma teliylə sürətli qarışdırırıq, yumaq əmələ gəlməsini mane oluruq. Soyuq ət suyunu da tökürük və qarışdırırıq. Konsistensiya acilanda soyuq suyla konsistensiyanı açırıq. Qarışdırırıq və şorba qazanına çatdırırıq. Konsistensiya tünd olsa isti suyla konsistensiyanı açırıq. Son olaraq doğranmış gül kələmi elave edirik Duzunu atırıq və qapağını örtərək bişiririk.
Tarix: 23.01.2015 / 12:40 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Şorbalar ve Helimler