Tərkibi:
Quzu qabırğası-5 ədəd
Duru yağ
Duz, istiot
İçlik üçün:
Konsevləşdirilmiş göy noxud-100 q
Yumurta - 1 ədəd
Qaymaq - 30 q
Keşniş, reyhan - 1/2 dəstə
Sarıkök
Qat-qat xəmir
Üzəri üçün:
Yumurta-1 ədəd
Hazırlanması:
1. Quzu qabırğası ətdən təmizlənir, strec arasında döyülür, duzlanır, istiotlanır, və duru yağ əlavə edillmiş tavada ikitərəfli qızardılır.
2. Göy noxudun üzərinə yumurta, qaymaq, xırda doğranılmış göyərti əlavə olunur və blenderdən keçirilir.
3. Qat-qat xəmirin üzərinə əvvəlcə quzu qabırğası (sümükləri çöldə qalmaq şərti ilə qoyulur, daha sonra qabırğanın üzərinə içlik qoyulub xəmirə bükülür.
4. Xəmirin yan və üst tərəfi birləşdirilir, üzərinə yumurta sarısı çəkilir və öncədən 200 dərəcəyədək qızardılmış sobada 10 dəq. bişirilir.
Tarix: 29.11.2014 / 12:14 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Şorbalar ve Helimler