MATERİAL SİYAHISI:
3 şorba q. Toz badam
2 şorba q. Un
2 şorba q. Kərə yağı
1 su s. Süd
1 su s. Toyuq suyu
Su
Duz
ÜZƏRİ ÜÇÜN:
1 dəstə reyhan
Zeytun yağı
Kərə yağı
Toz qırmızı istiot
İÇİ:
Şorba qazanına toz badamı və kərə yağını qoyub qovururuq. Unu əlavə edib qovurmaya davam edirik. Unun iyi cixanda südü və soyumuş olan toyuq suyunu axıdırıq. Çırpma teli ilə sürətli qarışdıraraq konsistensiyanı açırıq. Arxasınca isti suyunu axıdırıq. Duzunu əlavə edib bişməyə qoyuruq.
Lazım gələrsə konsistensiyanı açmaq üçün bir az da isti su əlavə etmək olar. Üzəri üçün, reyhan və bir qədər zeytun yağını doğrayıcıda geçiriğ püre halına gətiririk. Kərə yağını tavada əridib içinə toz qırmızı istiot atırıq. Bişən şorba süfrəyə kasasına tökürük. Kərə yağlı sousu üzərinə gəzdirərək tökürük. Sonra reyhan sousunu qaşıqla şorbanın üzərinə gəzdirərək tökürük.
Tarix: 23.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Şorbalar ve Helimler