Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sulu xingəl

Lazım olan ərzaqlar:
160 qr un, 1 yumurta, 80 qr ərinmiş yağ, 1 baş soğan, 1 stəkan qatiq, 2 diş sarımsaq, nanə, keşniş, duz, su.
Una yumurta və su əlavə edərək bərk xəmir yoğurun və 1-1,5 mm qalınlığında yayın. Yayılmış xəmirdən 2x3 sm ölçüdə düzbucaqlar kəsin. Soğanı xırda-xırda doğrayaraq yağda qovurun. Ət suyunu qaynadın və qaynayan suya doğranmış hazır xəmir tikələrini və qovrulmuş soğanı töküb bişirin. Ocaqdan götürməzdən əvvəl doğranmış keşniş vurun. Süfrəyə verməzdən əvvəl üzərinə quru nanə səpin. Sarımsağı duzla əzib, qatığa qarışdırın və sulu xingəllə birlikdə süfrəyə verin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:24 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Şorbalar ve Helimler
loading...