Türkiyənin mətbəx kültüründə gicitkən otunun özünəməxsus yeri var. Bu bitki daha çox şorbalarda istifadə edilir. Sizə Oqtay Ustanın dadlı reseptlərindən biri olan gicitkən otu şorbasını təqdim edirik:
Tərkibi:
500 qr gicitkən otu
1 baş soğan
2 xörək qaşığı qaynadılmış buğda ( vəya iri bulqur)
1 stəkan qatıq
2 diş sarımsaq
1 xörək qaşığı un
1 çay qaşığı duz
5 stəkan ət suyu və ya su
1 yumurta
3 xörək qaşığı kərə yağı
Hazırlanması:
Gicitkəni bol suyla yuyub, incə-incə doğrayın. Qazana 2 xörək qaşığı kərə yağını, doğradığınız soğanı, sarımsaq və gicitkən otunu əlavə edib qovurun.
Daha sonra qaynadılmış buğdanı əlavə edib qarışdırın. (Bulquru isə qaynatmağa gərək yoxdur. Birbaşa əlavə edə bilərsiniz).
5 stəkan ət suyunu əlavə edib, zəif ocaqda qaynadın. Bir qabda yumurtanı, unu və qatığı yaxşıca qarışdırın. 1 xörək qaşığı kərə yağını kiçik qazana qoyub, üzərinə qarışdırdığmız sousu əlavə edin və qarışdıraraq bişirin. Daha sonra qaynamaqda olan şorbaya yavaş-yavaş əlavə edin.
Zəif atəşdə 10 dəqiqə bişirib ocaqdan alın. İsti-isti servis edin.
Şorbanın üzərinə quru nanə və qırmızı pul bibər də aləvə etmək olar.
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Şorbalar ve Helimler