Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzmə Yerkökü Şorbası

MATERİAL SİYAHISI:

4 yerkökü
1 soğan
1 su s. Süd
1 su s. Ət suyu
1 şorba q. Un
1 şorba q. Kərə yağı
2 şorba q. Ev əriştəsi
Duru yağ
Duz
Su

İÇİ:

Kökləri rəndələyirik. Soğanları piyazlıq doğrayırıq. Qazana duru yağ tökürük. Soğanı və yerkökü əlavə edərək qovururuq. İsti suyunu veririk və bişməyə qoyuruq. Ayrı bir qazana kərə yağını və unu qoyub qovururuq. Soyuq südlə konsistensiyanı açırıq. Köklər bişəndə südlü tərbiyəni də əlavə edib sürətli çalırıq. Ət suyunu əlavə edirik. Lazım gəlsə yenə qaynar su tökürük. Əriştə atırıq. Duzunu atırıq və əriştə pörtənə qədər bişiririk.


Tarix: 24.01.2015 / 10:57 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Şorbalar ve Helimler
loading...