Süfrələrimizin ən asan, ləzzətli şorbasıdır pomidor şorbası. Vaxtınız yoxdur? qonağınız gələcək? və sizə ən asan şorba tərifi lazımdır?Elə isə buyurun sizə tez hazırlanacaq şorba tərifi.Bu şorbanı qış aylarında pişirmək istəyirsinizsə o zaman pomidor yerinə 2 yemək qaşığı tamat istifadə edin. Mən yay ve qış aylarında da tamatla bişirirəm. Bəzən bir yemək qaşığı tamat, 1 ədəd də pomidor rəndələyirəm. Sizin üçün hansı asan gəlirsə elə də edə bilərsiniz.
Ərzaq:
(4 nəfərlik)
3 ədəd pomidor
1 litr soyuq su
1yemek qaşığı un
2 yemek qaşığı duru yağ
1 yemek qaşığı kərə yağı
duz, qara istiot
Üstünə səpmək üçün:
Rəndələnmiş holland pendiri (mən bunun əvəzinə yağda qızardılmış nanə tökürəm)
Hazırlanması:
Qazana duru yağı və kərə yağını qoyub, unu əlavə edin və az xodda 2-3 dəqiqə qovurun. Pomidoru rəndənin iri diş tərəfində rəndələyin.(Əğər tamatdan istifadə edirsinizsə unu qovurandan sonra tamatı və duzu əlavə edib onuda azca qovurun və suyu yavaş-yavaş əlavə edib mikserlə və ya qatıq acanla tez tez qarışdırın.)
Qovrulmuş unun üzırinə rındılınmiş pomidoru əlavə edip 2-3 dəqiqə qarıştırırık. Sonra üstünə soyuq suyu əlavə edib, qatıq açan tellə tez tez qarışdırın.
1-2 dəqiqə qaynadıqdan sonra qazın üstündən alın, üzərinə rəndələnmiş holland pendirini və ya yağda qızdırılmış nanəni tökün.
Nuş Olsun :)
Tarix: 29.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Şorbalar ve Helimler