MATERİAL SİYAHISI:
1 toyuq but
1 çay s. Sim əriştə
1 soğan
1 şorba q. Tomat
1 şorba q. Un
2 şorba q. Kərə yağı
1 limon
Duz
Su
ÜZƏRİ ÜÇÜN:
1 dəstə cəfəri
1 diş sarımsaq
İÇİ:
Toyuq budunu qaynadırıq və ətlərini didirik. Suyunu şorbaya qoymaq üçün süzərək ayırırıq. Toyuğun qaynatma suyuna soğan, dəfnə yarpağı, istiot kimi materiallar əlavə etsək toyuq suyu daha ləzzətli olar. Qazana duru yağ qoyuruq. Yeməli doğranmış soğanı əlavə edib qovurmaya başlayırıq. Unu və kərə yağını əlavə edirik.
Un qoxusu çıxana qədər qovururuq. Tomatı əlavə edib qovururuq. Soyumuş olan toyuq suyunu qazana tökürük və qarışdırırıq. Didilmiş toyuq ətini əlavə edirik. Qaynamağa başlayanda sim əriştəni atırıq. Lazım gələrsə isti su əlavə edirik. Duzunu atırıq. Son olaraq nazik doğranılmış sarımsağı qoyuruq. Servis edərkən üzərinə incə doğranmış cəfəri səpirik.
Tarix: 24.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Şorbalar ve Helimler