Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadə toyuq şorbası

Tərkibi:
1 ədəd bütöv toyuq
1 ədəd dəfnə yarpağı
1litr toyuq bulyonu
1 ədəd baş soğan
3 ədəd kərəviz
3 ədəd yerkökü
3 ədəd ağ yerkökü
Duz
İstiot

Hazırlanması:
Əvvəlcə bişirəcəyimiz qazana toyuğu yerləşdiririk.
Sadə toyuq şorbası(foto resept)
Üzərində dəfnə yarpağı qoyub hazır toyuq bulyonunu əlavə edirik.
Kənarda bir ədəd baş soğanı doğrayırıq (qızartmadan bişirdikdə soğanın faydası iki qat artır).
Daha sonra kərəviz və yerkökülərini təmizləyib doğrayırıq.
Beləliklə, doğradığımız soğanı, kökləri və kərəvizi qazana əlavə edirik.
Zəif od üzərində bişiririk.
Toyuq əti tam bişdiyi zaman onu çıxarırıq.
Ətini sümüyündən ayırırıq. Dilimləri yenidən şorbaya əlavə edirik.
Duzunu əlavə edib ocağı söndürürük.
Budur, sadə toyuq şorbamız hazırdır.
Arzu edən istiotu üzərinə səpə bilər.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:48 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Şorbalar ve Helimler
loading...