Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lobyalı şorba

Ləvazimatlar

Təzə lobya – 300 q

Pomidor – 1 ədəd

Baş soğan – 1 ədəd

Kartof – 1 ədəd

Kərə yağı

Tomat pastası – 1 x.q.

Su – 1 lt

Abqora – 1 x.q.

Quru nanə, duz, istiot


Hazırlanma qaydası

1. Təzə lobya, pomidor, soğan, kartof xırda doğranılır.

2. Lobyanın üzərinə su əlavə edilib bişirilir.

3. Kərə yağı əlavə edilmiş tavada əvvəlcə soğan qızardılır, soğanın üzərinə pomidor və tomat pastası əlavə olunub yağa düşənədək qovrulur.

4. Suyu çəkilmiş və tam bişmiş lobyanın üzərinə qovrulmuş tərəvəzlər, kartof və qaynar su, duz, istiot, abqora əlavə edilib zəif odda bişirilir.

5. Hazır şorbanın üzərinə nanə səpilir.


Tarix: 18.12.2012 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Şorbalar ve Helimler
loading...