Çox ləzzətli qarox şorbası
Tərkibi:
500 qr qoyun və ya mal əti
4 x/q quru qarox
4 pomidor və ya 1x/q tomat
2 baş soğan
2 alma
8 ədəd albuxara
2 x/q ərinmiş yağ
5 s/t su
duz, istiot və zövqə görə darçın
Hazırlanma qaydası:
5 st suda Ət qaynadılır, duz vurulur. sonra yağda qızardılır və üzərinə çox xırda doğranmış soğan əlavə edilərək qovrulur.
qovrulmuş soğanlı ətin üzərinə pomidor və ya tomat vurulur. biraz tovlanandan sonra kubik şəklində doğranmış almalar əlavə edilir.
sonra ətin suyunda qarox pişirilir, albuxara əlavə olunur. qovurduğumuz ətli qarışımı qaroxlu şorbaya əlavə edirik 15dq pişiririk, zövqə görə ədviyatlar vurulur. Nuş olsun!
Tarix: 18.12.2012 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Şorbalar ve Helimler
loading...