Perlova şorbası resepti
Tərkibi:
1 stəkan perlova
1 ədəd soğan
1 ədəd kartof
50 qr kərə yağı
tomat pastası
sarıkök
duz
Hazırlanması:
1. Perlova yuyulur, üzərinı su tökülür bişənə kimi qaynadılır.
2. Soğan xırda kub şəklində doğranılır tavada qızardılır. Qızarana yaxın üzərinə tomat pastası, sarıkök əlavə olunur 3 dəqiqə biryərdə qızardılır.
3. Qızarmış soğan perlovaya əlavə olunur.
4. Kartofun qabığı təmizlənir, yuyulur, kiçik kub şəklində doğranılır və şorbaya əlavə edilir.
5. Şorbaya duz vurulur, kartofu bişdikdə qazdan götürülür.
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Şorbalar ve Helimler
loading...