Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saxsı qabda mal əti şorbası

Tərkibi:
500 qr mal əti
500 qr quru lobya
400 qr arpa yarması
2 ədəd soğan
3 ədəd kök
2 ədəd pomidor

Hazırlanması:
Yeməyi bu şəkildəki kimi saxsı qablarda hazırlayırıq.
Qaba bir az yağ, doğramış soğan, mal əti və bir qədər su əlavə edib (ətlərin üzərini örtəcək qədər), sobada 180 dərəcədə 30 dəq bişiririk.
Bundan sonra bişmiş ərzaqların üzərinə lobya, arpa yarması, doğranmış pomidor, doğranmış kök əlavə edib, zövqə görə duz istiot vururuq. Qabın demək olar ki, ağzına qədər su əlavə edib, yenə də sobada 50-60 dəq bişiririk.
60 dəq sonra ətin bişib birməməsini yoxlayın, bu vaxt ərzində bişmiş olmalıdır.
Saxsı qabda bişirilən mal əti şorbamız hazırdır.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:56 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Şorbalar ve Helimler
loading...