ZƏFƏRANLI BULYON
Qoyun və ya mal sümüyü – 250 q,
baş soğan – 20 q,
yerkökü – 20 q,
cəfəri kökü – 10 q,
keşniş və ya şüyüd – 10 q,
zəfəran - 0,2 q,
duz
Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir.
Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Tarix: 21.12.2012 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Şorbalar ve Helimler
loading...