Yenə asudə ikən uğradım bir şuxi-zibayə,
Üzü gül, arizi mül, zülfü sünbül, çəşmi şəhlayə.
Üzü sahir, özü zahir, gözü can almağa mahir,
Görən bir baxışın verməz onun dünyavü üqbayə.
Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür,
Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə.
Baxanlar qamətindən rəmzlər anlar qiyamətdən,
Görənlər şəkli-əbrusin, dəxi baxmaz yenə Ayə.
Yer üzrə durmadı, getdi, səmavatı məqam etdi,
Ləbi ecaz rəmzin göstərən dəmdə Məsihayə.
Götürsə gün cəmalından bulud kimi qara zülfün,
Sərasimə Züleyxa tək çıxar Yusuf təmaşəyə.
Dodağından soruşdum ağzının mən var-yox sirrin,
Bu nazik nöqtəni sorma, düşər qan,-dedi-ortayə.
Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın,
Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə.
Məhəmmədbəy Aşiq
Tarix: 30.03.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Qezeller