" Içrə " qəzəli
Yoxdur mənə bənzər dili-bimarlər içrə,
Zülm etmədə sən tək də cəfakarlər içrə.
Çox yerləri gəzdim, aradım amma sənin tək,
Gül görmədim, ey gül, yenə gülzarlər içrə.
Saldıqca yada zülfünü əqlim gedir əldən,
Bir mən kimisi yoxdu giriftarlər içrə.
Zülmün nə qədər çoxdusa eşqim də o nisbət,
Sevdanı həlal etməli bazarlər içrə.
Bəxti qaralar çoxdu bu rüzgardə, əmma
Yasin kimisi olmadı rüzgarlər içrə.
Tarix: 27.03.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Qezeller
loading...