" Demisən " qəzəli
Mənə, ey gül, dedilər aşiqi-rüsva demisən,
Vermərəm mən ona dil, gəlsə də dünya, demisən.
Mənə kim aşiq olub çoxdan o dünyalıq olub,
O zəifçün deyil əsla belə sevda demisən.
O hara, mən hara qoy eyləməsin vəslə ümid,
Etməsin məndən onu bir də təmənna demisən.
Bu nə qarğışdı mənə etmisən, ey insafsız:
Ki, gərək ömrü boyu qalsın o tənha, demisən.
Demisən aşiqimin göz yaşı dərya olsun,
Qoy onu qərq eləsin biryol o dərya demisən.
Mənim eşqimdə əgər şair olubdursa daha,
Qoy mənə həsr eləsin bir neçə misra demisən.
Dedilər ki, demisən Yasini dərdindən ölə,
Allah ağzundan eşitsin, necə əla demisən!.
Tarix: 26.03.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Qezeller
loading...