"Unudulmuş da, atılmış gülü sevda kimiyəm"
Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.
Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.
Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.
Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.
Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
Tarix: 31.03.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Qezeller
loading...