" Nə qədər yalvarıram yar əl uzatmır vallah " qəzəli
Nə qədər yalvarıram yar əl uzatmır vallah,
Can verib aşiqə bir ləhzə yaşatmır vallah.
Yanıram şəm' kimi atəşinə ayrılığın,
Sübhəcən bircə hüceyrəm belə yatmır vallah.
Gecə-gündüz dolaşır fikrü düşüncəmdə, vəli
Bu xəyallar başımı zərrəcə qatmır, vallah.
Özünə ağlamayıb gün hələ naseh bədbəxt,
Bu səbəbdən nə deyir əqlimə batmır, vallah.
Çəkməyib əl əməlindən yenə əğyar ölmüş
O gədanın başının gülləsi çatmır, vallah.
Ölürəm çünki gəlib sevgili yarım, Yasin,
Bu yatan bəxtimi biryolluq oyatmır, vallah.
Tarix: 27.03.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller
loading...