" Eləyib Allah onu hüsnü məlahət kanı " qəzəli
Eləyib Allah onu hüsnü məlahət kanı,
Etməmiş kəm o pərivəşdən ədəb-ərkanı.
Onu gözdən belə bir dəm də uzaq qoymaz, gər
Aşiqin çatsa buna zərrə qədər imkanı.
Öylə bir halə salə aşiqini cananı,
Götürə başına fəryadı onun hər yanı.
Cana pərçimləmiş öz eşqini canan, ey dil,
Çıxmasın, rəhm eləsin bir dənə də peykanı.
Verə Allah ona insafı müdam zülm eləyə,
Çıxa ta ərşə qədər aşiqinin əfqanı.
Ey könül, vəslin umursan dedilər cananın,
Ay gözün çıxmasın, azdırmı sənə hicranı?.
Dəyişər Yasin adın, ey dil, əgər bir kimsə,
Görsə ol şuxi onun olmasa gər heyranı.
Tarix: 27.03.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Qezeller
loading...