"Sərkəştə könlümün yenə min müddəası var"
Sərkəştə könlümün yenə min müddəası var,
Qovğalı başımın nə bəlalı bəlası var.
Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?
Gəl gör, zəmanənin yenə bir macərası var.
Namehribanı gör, kedib əğyar ilən gəzər,
Yarəb, kimin bu tərzlə bir bivəfası var?
Sərrafi-əql ləli-ləbin müştərisidir,
Can nəqdini nisar qılıbdır, bəharı var,
Bəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,
Kim, bir xətərli mərhələdir, çox cəfası var.
Tənha bilib vücuduma qəsd etmə, ey könül,
Yüz min bəlayi-dövr kimi aşinası var.
Ey Əndəlib, naleyi-bicadən əl götür,
Gəl gör, bu gülşənin nə əcayib səfası var.
Əndəlib Qaracadaği
Tarix: 30.03.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Qezeller
loading...