"Eşq bir bəhrdir kənarəsi yox"
Eşq bir bəhrdir kənarəsi yox,
Tərki-candan səvayi çarəsi yox.
Dudi-ahim dərunədən çəksəm,
Asimanın olur sitarəsi yox.
Qəmi-əyyam dildədir məktub,
Bibəsərlər deyir ki, qarəsi yox.
Nalədən nalə döndü qaməti-rast,
Söylər, əmma ki, xəlq əmarəsi yox.
Dodui, fal əgər deyil niku,
Səndə ixlasü istixarəsi yox.
İbrahimxəlil Dodun
Tarix: 30.03.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Qezeller
loading...